Çinin əczaçılıq şirkəti “Sinovac Biotech”in prezidenti Veydonq Yin “Sinovac” peyvəndinin 3-17 yaş arası uşaqlarda istifadə üçün təsdiqləndiyini açıqlayıb.
 
RePost.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat verib.
 
Veydonq Yin “Sinovac”ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başladığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.
 
I və II mərhələlərdə aparılan klinik sınaqların ilkin nəticələrinə görə, peyvəndin 3-17 yaş arası uşaqlarda immunitet yaratdığı və əksər yan təsirlərinin yüngül olduğu bildirilib.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 iyun tarixində Çin tərəfindən hazırlanan “Sinovac” peyvəndinin təcili istifadəsini təsdiqləyib.

Baxış sayı: 3504 | Tarix: 06.06.2021
Bizi Telegramda izləyin: @repostaz