Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.
 
RePost.Az Apasport.az-a istinadən xəbər verir ki, bu gün keçirilən yarış Juri Vipsin qələbəsi ilə başa çatıb.
 
11 komandanın pilotları 28 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Hitech Grand Prix”in üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Oskar Pyastri (“Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman üçüncü yeri tutub.
 
Qeyd edək ki, dünən “Formula-2” üzrə iki sprint yarışı keçirilib. Robert Şvartzman (“Prema”) birinci, Juri Vips (“Hitech Grand Prix”) isə ikinci yarışın qalibi olub.

Baxış sayı: 3732 | Tarix: 06.06.2021
Bizi Telegramda izləyin: @repostaz