Dünyada müharibə zorakılığından qaçan insanların sayı 2020-ci ildə 4% artıb.
 
RePost.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) hesabatında deyilir.
 
“Pandemiyaya baxmayaraq, 2020-ci ildə müharibədən, zorakılıqdan, təqibdən və insan hüquqlarının pozulmasından qaçan insanların sayı təxminən 82,4 milyon nəfərə çatıb”, - ekspertlər bildiriblər.
 
Onlar 2019-cu ildə də artımın 4% olduğunu və ümumi sayın 79,5 milyon nəfər təşkil etdiyini bildiriblər. Qorunmaya ehtiyac duyan insanların 48 milyon nəfəri məcburi köçkünlərdir. Afrika ölkələrində, Yəməndə, Əfqanıstanda və Kolumbiyada baş verən böhranlar səbəbindən il ərzində onların sayı 2,3 milyon nəfər artıb.
 
Miqrantların 42 %-i yetkinlik yaşına çatmayan şəxslərdir. Təxminən 1 milyon uşaq qaçqın kimi dünyaya gəlib.

Baxış sayı: 1509 | Tarix: 18.06.2021
Bizi Telegramda izləyin: @repostaz