Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.
 
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.
 
Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib:
 
“Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, - deyə Küçükyılmaz əlavə edib.
 
Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.
 
O bildirib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı.

Baxış sayı: 2744 | Tarix: 24.07.2021
Bizi Telegramda izləyin: @repostaz