Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.
 
RePost.Az xəbər verir ki, hadisə BDU-da baş verib.
 
DİN-in mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, BDU əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Baxış sayı: 2307 | Tarix: 27.07.2021
Bizi Telegramda izləyin: @repostaz