Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik səbəbindən Zod qızıl yatağında qanunsuz işləyən “GeoProMining Gold” şirkətinin fəaliyyəti dayandırılıb.
 
RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.
 
Bildirilir ki, şirkətin texnikaları ilə yanaşı, 150 əməkdaşı da ərazidən uzaqlaşdırılıb.

Baxış sayı: 3390 | Tarix: 29.07.2021
Bizi Telegramda izləyin: @repostaz