Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 022 nəfər vəfat edib. 5 442 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, bu günə qədər isə ümumilikdə 4 023 954 test icra olunub.
 

Baxış sayı: 1566 | Tarix: 30.07.2021
Bizi Telegramda izləyin: @repostaz