Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.
 
Bu barədə RePost.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
 
Məlumata görə, Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə zolağında baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
***
 
11.37
 
Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.
 
Bu barədə RePost.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
 
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Moloja kəndi yaxınlığında meşə zolağında baş verən yanğın bu gün məhdudlaşdırılıb.
 
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 

Baxış sayı: 3200 | Tarix: 04.08.2021
Bizi Telegramda izləyin: @repostaz