Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.
 
RePost.Az-ın xəbərinə görə, hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.
 
Kənd sakini,1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.
 
Qadın xəstəxanada bildirib ki, yaranan mübahisə zəminində həyat yoldaşı tərəfindən hərəktədə olan avtomobildən yola atılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3390 | Tarix: 08.08.2021
Bizi Telegramda izləyin: @repostaz