Dünya birjalarında neft yenidən bahalaşıb.

RePost.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar və ya 1,24% artaraq 54,06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar və ya 0,41% artaraq 56,89 dollar olub.


Baxış sayı: 3181 | Tarix: 22.02.2017
Bizi Telegramda izləyin: @repostaz