Azərbaycanlı gənc jurnalist Oğuz Altay koronavirusdan həyatını itirib.
	
	RePost.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. 
	 
	32 yaşında olan Oğuz Altay GünazTV-də işləyib. O, sosial şəbəkədəki hesabından sonuncu dəfə 18 avqustda paylaşım edib. 
	 
	“Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.