Zaqatala rayonunda kişi arvadına xəsarət yetirib.
 
Bu barədə RePost.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 
 
Zaqatala rayonu Çobankol kənd sakini Nicat Soltanov ailə-məişət münaqişəsi zəminində arvadı Nərminə Məmmədovanı bıçaqlayıb.
 
Hadisə N.Soltanovun Qax rayonunda yerləşən Ağyazı kəndində işlədiyi fermada baş verib.
 
N.Soltanov saxlanılıb.
 
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Baxış sayı: 4017 | Tarix: 06.09.2021
Bizi Telegramda izləyin: @repostaz