Məşhur aparıcı Lətafət Ələkbərova yeni açıqlaması ilə diqqət çəkib.
 
RePost.Az xəbər verir ki, "Özümüz danışaq" layihəsinə qonaq olan aparıcı şəxsi həyatından və yaşadığı maddi çətinliklərdən danışıb.
 
Bir müddət efirlərdə görünməyən Lətafət Ələkbərova həmin vaxt paltar satdığını bildirib:
 
"Həyatımın elə bir dövrü oldu ki, maddi gəlirimi təmin etmək üçün satıcı işlədim. Həmin vaxt qızımın 1 yaşı var idi. Kirayə mağaza götürdüm və paltarlar gətirib satdım. Həmin dövr mənim üçün çox çətin idi. Mən satıcılıqdan aparıcılığa gəlməmişəm, ondan əvvəl tanınmış aparıcı idim. İki il səhnədən və televiziyadan uzaq oldum. Hansı işi görürdümsə alınmırdı. Satıcı işlədiyim dövrlərdə məşhur müğənniləri görürdüm, amma utandığımdan gizlənirdim".


Baxış sayı: 3162 | Tarix: 20.09.2021
Bizi Telegramda izləyin: @repostaz