Səhər saatlarında övladlarını məktəbə gətirən valideynlərin avtomobillərini təhsil müəssisələrinin qarşısında saxlaması yollarda sıxlıq yaradır.
 
RePost.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.
 
V.Əsədov bildirib ki, xüsusilə pik saatlarda, təqribən 07:45-dən 08.15-ə qədər yaranan sıxlıqlar məhz təhsil müəssisələrinin qarşısından keçən, ümumi istifadədə olan yollarda zolaqlar üzrə cərgələnmə tələblərinin pozulması ilə əlaqəlidir.
 
Bölmə rəisi bildirib ki, bunun qarşısını almaq üçün yol polisi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür. Bununla yanaşı V.Əsədov övladlarını avtomobillə məktəbə gətirən valideynləri dayanma-durma qaydalarını pozmamağa çağırıb.

Baxış sayı: 3371 | Tarix: 23.09.2021
Bizi Telegramda izləyin: @repostaz