44 günlük Vətən Müharibəsinin başa çatmasından bir il sonra həmin ağır, amma Azərbaycan üçün taleyüklü günlərin yeni təfərrüatları bəlli olur. Həmin təfərrüatlar arasında bəzi qonşularımızın destruktiv, daha doğrusu, dövlətimizə və xalqımıza düşmən davranışı da var.

 

O qonşu ki, üzümüzə gülümsərəyək bizə arxadan xəncər saplamağa hər an hazırdır.

Söhbət İran İslam Respublikasından, son günlər anti-Azərbaycan isteriyasına qapılan, bizi hədələyən dövlətdən gedir.

Ötən ilin oktyabrına qayıdaq. 17 oktyabrda Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Xudafərin qəsəbəsini işğaldan azad etdilər və bayrağımızı qaldırdılar. Bu barədə rəsmən ertəsi gün, qəsəbənin ətrafı düşməndən tam təmizlənəndən sonra elan edildi.

Əks-hücumun sürətini azaltmayan ordumuz Araz çayı boyunca Xudafərin su-elektrik stansiyasaının bəndinə doğru zərəkət edirdi ki, ən qısa və təhlükəsiz yolla Zəngilanın həndəvərlərinə çıxsın. Yol asan deyildi - illah da ki, ağır zirehli texnika ilə. Üstəlik, ermənilərin müqavimət ocaqları qalırdı, bir tərəfdən də lap yaxında, Arazın o tayında İran idi.

Amma bu, bir daha xatırladaq, Zəngilana ən qısa yol idi.

Caliber.az-a bildirir ki, su bəndinin yanından keçərək Zəngilan tərəfə hərəkət edən ordumuzun ön dəstələri qəflətən iranlı hərbçilərlə qarşılaşdılar. Bəli, səhv etmirik - İran beynəlxalq hüququ, Azərbaycanın ərazi bütövlyünü və sərhəd toxunulmazlıığını kobud surətdə pozaraq ölkəmizə soxulmuşdu.

O İran ki, rəhbərliyi, ayətullaları, deputatları, siyasətçiləri və generalları indi Ermənistanın ərazi bütövlüyünü nəzərdə tutaraq "Cənubi Qafqazda qırmızı cizgilər"dən dəm vururlar.

Bir neçə pulemyoltu pikapla gələn və silahları əsgərlərimizə tuşlayan iranlı hərbçilər yola beton sədlər düzərək ordumuzun ön dəstəsinin qarşısını kəsmişdilər.

Onların izahı çox absurd idi - "Biz su bəndini qoruyuruq"...

Bir daha xatırladaq - bütün bunlar Azərbaycan ərazisində baş verirdi.

Hadisə yerində azərbaycanlı və iranlı komandirlər arasında danışıqlar nəticəsiz qaldı.

Vəziyyət gərginləşirdi.

İranlı hərbçilərlə silahlı qarşıdurmaya və ikinci cəbhənin açılmasına yol verməmək üçün Azərbaycan Ordusunun ön dəstələrinin komandanlığı həmin anda ən dürüst qərarı qəbul edir - 14 km uzaqlıqdakı, 19 oktyabrda azad olunduğu bəyan edilən Soltanlı kəndinə qayıdılır. Sonra isə 20 kilometrlik dövrə vuraraq E-002 yolu ilə hədəfə doğru irəliləyişə başlanır.

Oktyabrın 17-dən 18-ə keçən gecə diplomatik kanallarla Tehranın nəzərinə Azərbaycanın kəskin etirazı çatdırılır və bildirilir ki, İran ordusunun ölkəmizin suveren ərazisinə soxulması yolverilməzdir. Bakı vurğulayır ki, Tehranın xəyanəti faktını geniş ictimaiyyətin nəzərinə çatdıracaq. Bu isə Arazın hər iki tayında milyonlarla azərbaycanlının hiddətinə səbəb olacaqdı.

Yaranmış situasiyanı həll etmək üçün İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutani azərbaycanlı hərbçilərin müşayiəti ilə təcili olaraq Cəbrayıl rayonuna, vəziyyəti yerində öyrənmək üçün ezam olundu.

Bir sutka çəkən gərgin danışıqlardan sonra İran qoşunlarını Azərbaycan ərazisindən çıxardı.

İran bu sutkanı Ermənistan üçün "udmuşdu".

İranlı hərbçilərin ərazimizə soxulması nəticəsində ordumuz bir sutka itirdi. Ermənilər fürsətdən yararlanaraq yenidən qruplaşdılar, ön cəbhəyə ehtiyat qüvvələr gətirdilər, müdafiələrini möhkəmləndirdilər.

Kim bilir, iranlılar həmin gün torpağımıza soxulub ermənilərə aşkar yardım etməsəydilər, neçə əsgərimiz sağ qalardı, şəhid olmazdı.

Xatırladaq ki, 1992-ci ildə Şuşanı da ermənilər məhz İranın "vasitəçiliyi" sayəsində işğal etmişdilər.

Cəbrayılda birbaşa hərbi müdaxilə ilə yanaşı, 44 günlük Vətən Müharibəsi günlərində İran ermənilərə ordumuzun hərəkəti barədə kəşfiyyat məlumatlarını ötürürdü.

İranın adi, sadə vətəndaşları isə dövlətimizi, xalqımızı və ordumuzu dəstəkləyir, İranın güc strukturlarının nümayəndələrinin sərhəddə fəaliyyətinə mane olurdular.

İndi, rəsmi Tehran maskalarını bir kənara atıb əsl, eybəcər üzünü göstərdiyi zamanda biz də İranın Azərbaycana "tarixi" xəyanətləri ilə bağlıı faktlar barədə susmaq niyyətində deyilik.

İranlı hərbçilər o gün ərazimizə soxulmasaydılar, Zəngilan oktyabrın 20-də yox, daha tez işğaldan azad olacaqdı.

Bunu unutmayaq.

Biz dostluğa, qardaşlığa böyük dəyər verən xalqıq.

Amma xəyanəti də əsla, amma əsla unutmamalıyıq.


Baxış sayı: 2364 | Tarix: 10.10.2021
Bizi Telegramda izləyin: @repostaz