Erməni hərbi birləşmələrinin Şuşa şəhəri ərazisində atıb qaçmağa məcbur olduğu silah sursatlardan təmizlənməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görülür.

RePost.Az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib.

Polis əməkdaşları şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Şuşa Rayon Polis Şöbəsinin Daşaltı kəndində keçirdyi tədbirlər nəticəsində çəkisi 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.


Baxış sayı: 3352 | Tarix: 08.11.2021
Bizi Telegramda izləyin: @repostaz