Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün səhər qəzaya uğramış hərbi helikopterinin qalıqları ərazidən götürülüb. 

RePost.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, ərazidə istintaq tədbirləri də davam etdirilir.  Qeyd edək ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. 

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub.  Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.


Baxış sayı: 3238 | Tarix: 30.11.2021
Bizi Telegramda izləyin: @repostaz