Bu ilin yanvar ayının 1-nə Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı 5 230,1 min nəfər təşkil edib.
 
Bu, bir il öncəki göstəricidən 25% və ya 1 045,1 mln. nəfər çoxdur.
 
Hazırda ölkə əhalisinin 50,9%-i bu sosial şəbəkənin istifadəçisidir. İstifadəçilərin 64,7% kişilər, 35,3%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973,7 min) ibarət olub.
 
Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626,3 min nəfərlə liderlik edir.

Baxış sayı: 3124 | Tarix: 12.01.2022
Bizi Telegramda izləyin: @repostaz