"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Bakıda keçirəcəyi cavab oyunu üçün hakimlər açıqlanıb.
 
RePost.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Belə ki, qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
 
Cavab oyununun Baş hakimi Bartoş Frankovski olacaq. Yan xətt hakimləri qismində Martsin Bonek və Yakub Vinkler ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.
 
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.
 
Xatırladaq ki, Fransadakı ilk oyun "Qarabağ"ın 1:3 hesabla məğlubiyyəti ilə yekunlaşıb.

Baxış sayı: 4644 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz