Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.
 
Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.
 
Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
 
Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib. Həmin şəxslər Xarkovu tərk etmək üçün Odessaya gediblərmiş.
 
Qeyd edək ki, Odessadakı Azərbaycan diasporunun üzvü Anar Ağazadə də gecə hadisə barədə məlumat paylaşıb.

Baxış sayı: 3238 | Tarix: 27.02.2022
Bizi Telegramda izləyin: @repostaz