Ötən gün Şəmkir rayonunun İmişli kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Piriyeva öldürülb.
 
Bu barədə RePost.Az-a Şəmkir rayon prokurorluğundan məlumat verilib.
 
Məlumata əsasən, ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 5537 | Tarix: 28.02.2022
Bizi Telegramda izləyin: @repostaz