Sanksiyalar Rusiya maliyyə sistemini çökdürür.
 
RePost.Az xəbər verir ki, bazar ertəsi səhər rubl tarixi minimuma enərək, dollar və avro qarşısında dəyərinin 40%-dən çoxunu itirib.
 
“Bloomberg” agentliyinin məlumatına görə, beynəlxalq ticarətin pik nöqtəsində dollar 117 rubla, avro 132 rubla satılır.
 
Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 20%-ə qədər təcili artırdığını açıqlayıb. Əsas dərəcənin artırılması artan devalvasiya və inflyasiya risklərini kompensasiya etmək üçün depozit faizlərinin lazımi səviyyəyə yüksəlməsini təmin etməyə imkan verəcək.

Baxış sayı: 5043 | Tarix: 28.02.2022
Bizi Telegramda izləyin: @repostaz