Bakıda ailəsi tərəfindən zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan qız 1 saylı Asan Xidmət Mərkəzində saxlanılıb.
 
RePost.Az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, G.E evdən qaçdığı üçün ailəsi tərəfindən axtarışa verilib. Asan Xidmət Mərkəzinə gələn qız qurumun təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə təqdim edilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə şöbəsinin rəisi Elşad Hacıyev APA-ya bildirib ki, məsələ nəzarətə götürülüb.
 
"Hazırda araşdırma aparılır", - deyə qurum rəsmisi qeyd edib.

Baxış sayı: 3447 | Tarix: 02.03.2022
Bizi Telegramda izləyin: @repostaz