Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.az xəbər verir ki, sərəncamda qeyd olunur:
 
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
 
dövlət orqanlarından
 
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
 
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri
 
Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
 
gənclər təşkilatlarından
 
Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf
Assosiasiyasının sədri
 
Seyidov Mirhəsən Mirheydər oğlu - “İrəli” İctimai Birliyinin sədri
 
Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının sədri
 
Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai
Birliyinin İdarə Heyətinin sədri
 
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.
 
RePost.az

Baxış sayı: 3314 | Tarix: 04.03.2017
Bizi Telegramda izləyin: @repostaz