Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Rayon prokurorluğundan RePost.Az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

RePost.Az APA-ya istinadən xəbər verir ki, Zaqatalada baş verən qətlin bəzi təfərruatı məlum olub.
 
Əri tərəfindən qətlə yetirilən Xavər Həsənova (Hüşənova) yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyirdi.
 
Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiya dövlətinə işləməyə gedirdi. Onun bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
 
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Baxış sayı: 3295 | Tarix: 17.04.2022
Bizi Telegramda izləyin: @repostaz