Xankəndində silahlı erməni “Kalaşnikov” avtomatından atəş açıb. 
 
Bub barədə RePost.Az erməni KİV-lərinə istinadən xəbər yayıb. Məlumata əsasən,  53 yaşlı Serqo Şakaryanın açdığı atəş nəticəsində separatçıların “yol polisi” əməkdaşı həlak olub. Sonra Şəkəryan başqa bir polisi təqib etməyə başlayıb, lakin o qaça bilib. Şakaryan saxlanılıb.
 
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya SM-nın müvəqqəti məsuliyyət zonasında silahlı şəxslər olmamalıdır.

Baxış sayı: 3979 | Tarix: 17.04.2022
Bizi Telegramda izləyin: @repostaz