Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.
 
RePost.Az xəbər verir ki, bu barədə Lent.az-a Günay Cabbarovanın qonşuları bildirib. Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi, 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.
 
Ehtimala görə, hadisəni törədən müstəntiq polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o, özünə də atəş açaraq, həyatına son qoyub.
 
Qonşuların bildirdiyinə görə, G.Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata-anası xeyli müddətdir ki, dünyalarını dəyişiblər. Polis mayoru T.Aslanov isə subay idi.

Baxış sayı: 3200 | Tarix: 22.04.2022
Bizi Telegramda izləyin: @repostaz