"Texnofest-Azərbaycan"da Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan yeni taktiki döyüş uçuş simulyatoru olan "Dəmir yumruq" təqdim edilib.
 
Bu barədə APA-ya "Deftech" şirkətinin direktorunun texniki məsələlər üzrə müşaviri Kamran Əsgərzadə məlumat verib. Onun sözlərinə görə, uçuş simulyatorunun motoru da daxil olmaqla tamamilə yerli istehsaldır.
 
"Bunu Azərbaycan mühəndisləri hazırlayıb. Sadəcə proqram təminatı üzərində İsveç şirkəti ilə birgə işləyirik. Şirkət daxilində testləri aparılıb və yaxın müddətdə sertifikat alınacaq. Uçuş simulyatorunu "ADEX"də tam işlək vəziyyətdə sərgiləyəcəyik. Simulyator ilk növbədə Azərbaycanın Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub. Daha sonra ixrac potensialını ortaya çıxaracağıq" - deyə o bildirib.
 
Şirkət rəsmisi qeyd edib ki, simulyator reallığa yaxınlaşdırılmış yüksək dəqiqliyə malikdir. Fırlanan pilot kabinəsinə malik simulyator döyüş təlimlərinin keçirilməsində istifadə olunacaq.
 
 
Foto

Baxış sayı: 4853 | Tarix: 26.05.2022
Bizi Telegramda izləyin: @repostaz