Sabahdan 7 saylı “ASAN xidmət” fəaliyyətə başlayır.
	 
	Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən mərkəz vətəndaşların ixtiyarına verilir.
	 
	Xatırladaq ki, yeni fəaliyyətə başlayacaq “ASAN xidmət” mərkəzi ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir.
	 
	288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.