Dünyada bütün xanımların hüquqları qorunsa qlobal Ümumi Daxili Məhsulda (ÜDM) 2025-ci ilədək əlavə olaraq 12 trilyon dollar artıma nail olmaq mümkün olar. Bu qənaətə McKinsey Global Institutu gəlib.

RePost.Az xəbər verir ki, bunu  iqtisadçı-ekspert Vüqar Bayromov bildirib.

Onun gözlərinə görə, gender qeyri-bərabərliyi yalnız mənəvi və sosial deyil, eyni zamanda iqtisadi problemdir.

“Hətta qlobal əmək bazarında xanımların kişilər ilə eyni hüquqları olsaydı bu ÜDM-in 28 faiz artmasına gətirib çıxara bilərdi. ABŞ-da 18 tirlyon dollarlıq ÜMD-in 7.6 tirlyon dollarını xanımlar formalaşdırır. Sözügedən ölkədə xanımlar sadəcə bir gün işləməsə bu iqtisadiyyata 21 milyard dollar ziyan vurar. Bu əslində, xanımların iqtisadi gücünün ən yaxşı göstəricisidir. Azərbaycanda xanımların iqtisadiyyata töhvəsi hesablanmasa da, güman etmək çətin deyil ki, xanımlarınızın elmi və iqtisadi potensialından hələ də tam istifadə edilmir. Təhsilli, iqtisadi baxımdan özünü təmin edən xanım cəmiyyətin inkişafı və gender bərabərliyinin formalaşması baxımdan çox vacibdir”,- deyə ekspert qeyd edib.


Baxış sayı: 4112 | Tarix: 08.03.2017
Bizi Telegramda izləyin: @repostaz