Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının pley-offunda ilk matça çıxıb.
 
Beş ildən sonra qitənin ən nüfuzlu klub turnirində bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri “Viktoriya”nı qəbul edib. Çexiya təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
 
Qarşılaşma gözlənildiyi kimi “Qarabağ”ın üstünlüyü ilə keçib. Lakin kifayət qədər qol imkanı yaradan ağdamlılar rəqib qapısına yol tapa bilməyib. Görüş qolsuz sülhlə başa çatıb – 0:0.
 
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.
 
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
17 avqust
20:45. “Qarabağ” (Azərbaycan) - "Viktoriya" (Çexiya) - 0:0
 
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
 
"Viktoriya: 36. Yindrjix Stanek, 2. Lukaş Heyda (k), 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu Ndiay
Baş məşqçi: Mihal Bilek
 
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Baxış sayı: 4055 | Tarix: 18.08.2022
Bizi Telegramda izləyin: @repostaz