Bu gün Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb.
 
Əməliyyatda Şirvan şəhər sakini olan Gülnar Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.
 
Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.
 
BAKU.WS-in Qaynarinfo-ya istinadla məlumatına görə, Şirvan şəhər sakini olan Gülnar Əhmədova 2015-ci ilin oktyabr ayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. "Bandotdel” əməkdaşları əvvəlcə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımovu saxlayıb.
 
Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul aldıqları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.
 
G.Əhmədova şəhərdə imkanlı kişilərlə cinsi əlaqədə olub, həmin anı videokamera ilə qeydə alırmış. Sonradan isə həmin videoları yayacağı ilə hədələyib, onlardan külli miqdarda pul alıb. Artıq bir neçə kişi onun qurbanına çevrilib. İki nəfər isə G.Əhmədovanın tələbini yerinə yetirmədiyi üçün video görüntülər şəhər camaatı arasında yayılıb. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib və G.Əhmədova saxlanılıb.
 
Qeyd edək ki, G.Əhmədova uzun illər Şirvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı olub. O, 2013-cü ilin sentyabr ayına kimi şöbə müdirinin köməkçisi vəzifəsində çalışıb. Həmin hadisə ilə bağlı Şirvan Şəhər Təhsil Şöbəsinin sabiq müdiri Paşa Nəbiyev bildirib ki, adı şantaj olayında hallanan Gülnar Əhmədova 2013-cü ilin sentyabr ayında işdən azad olunub:
 
"Hazırda o mənim işçim deyil. Bizdə işlədiyi zaman belə bir məlumatımız olmayıb. Heç düşünməzdik ki, o belə işlə məğul olsun. İşdən azad olunandan sonra onunla əlaqə saxlamamışıq. Bizlə işlədiyi zaman normal olaraq işinə gəlib-gedirdi”.

Baxış sayı: 5480 | Tarix: 01.09.2022
Bizi Telegramda izləyin: @repostaz