ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofisinin direktoru Mark Kameron Ermənistanda səfərdədir.
 
APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
 
Bildirilib ki, Mark Kameron Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün Ermənistanın Geqarkunik şəhərinə səfər edib.
 
“O, ABŞ-ın Ermənistanın suverenliyinə və Cənubi Qafqazda dayanıqlı sülhə davamlı dəstəyini vurğulayıb”, - səfirlik bildirib.

Baxış sayı: 4549 | Tarix: 24.10.2022
Bizi Telegramda izləyin: @repostaz