Soçidə Putinlə Paşinyanın görüşü başlanıb.  
  
Vladimir Putin bəyan edib ki, "Qarabağ ətrafındakı münaqişəyə son qoymaq gərəkdir": "Ümid edirəm ki, irəliyə hərəkətə imkan verən qərarlar qəbul edəcəyik. Ermənistanın baş nazirinin mövqeyini bilirəm".  
  
Nikol Paşinyan: "Azərbaycanla sərhəddə delimitasiya işlə bağlı işlərdən əvvəl təhlükəsizlik tədbirləri gücləndirilməlidir". 
 
Putin: Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik.
 
Putin: “Ən önəmlisi – sülhü təmin etmək və inkişaf üçün şərait yaratmaqdır” 
 
"Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir, ona nə vaxtsa son qoyulmalıdır" - Putin 
 
"Bilirəm ki, sizdə bunun üçün siyasi iradə var. Biz bunu hər cür dəstəkləyirik", - Rusiya lideri Nikol Paşinyanla ikitərəfli görüşdə deyib. 
 
Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması həm də iqtisadiyyatın və sosial sahənin inkişafı ilə bağlıdır. 
 
Biz bunun üçün çalışırıq.  Ona görə də bütün bu məsələlərdə razılaşmaq lazımdır.  Biz həmişə ondan çıxış edirik ki, Ermənistan bizim strateji tərəfdaşımız və müttəfiqimizdir. 
 
Bu, bizim üçün xüsusi bir vəziyyətdir.  Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik 
 
Paşinyan: İrəvan üçün Azərbaycan qoşunlarının Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasından çıxarılması çox vacibdir. 
 
Putin: Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır 
 
Paşinyan: "Qarabağ məsələsinə gəldikdə isə, Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın təklif etdiyi layihə bizim üçün məqbuldur.  
 
Ermənistan üçün vacib olan məsələ Azərbaycan qoşunlarının suveren ərazimizi  və Qarabağda rusiyalı sülhməramlıların nəzarətindəki əraziləri tərk etməsidir. 
 
Ermənistan ərazisindən keçən kommunikasiyalar isə Ermənistanın nəzarətində olmalıdır".

 


Baxış sayı: 4378 | Tarix: 31.10.2022
Bizi Telegramda izləyin: @repostaz