Azərbaycana elektrik mühərriklə hərəkətə gətirilən təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir.
 
Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.
 
Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilir.
 
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Baxış sayı: 4473 | Tarix: 11.11.2022
Bizi Telegramda izləyin: @repostaz