Hökumət əleyhinə təbliğatda ittiham edilərək, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı Faeze Haşimi ikinci dəfə həbs edilib.
 
RePost.Az  xəbər verir ki, 2012-ci ildə Faeze Haşimi 6 ay müddətinə həbs olunmuşdu. Bundan əlavə, onun ölkənin siyasi və mədəni həyatında iştirakına və “KİV-də fəallıq göstərməsinə” 5 il müddətinə qadağa qoyulmuşdu.
 
“Faze Haşimi məhkəmə sistemi və mühafizə barədə tənqidi qeydlərinə görə yenidən 6 ay müddətinə azadlıqdan məhrum edilib”, - agentlik “Kalemeh” müxalif internet-nəşrinə istinadən məlumat verir.
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 17.03.2017
Bizi Telegramda izləyin: @repostaz