Latviyada yaşayan Alia Nasırova nağıl qəhrəmanı Rapunzeldən ruhlanaraq saçlarını uzadıb.

RePost.Az publika.az-a istinadən xəbər verir ki, 27 yaşlı Alia Nasırova Rusiyada dünyaya gəlib. Uşaq vaxtlarından cizgi film qəhramanlarından Rapunzeli özünə kumir seçib.

Alia Nasırova 12 ildir saçlarını uzadır. Saçlarının daha sağlam uzanması üçün ayda bir dəfə uclarını kəsir.

Alianın həyat yoldaşı deyir ki,onun qərarlarına hörmətlə yanaşır:

"Mən Alianı tanıyanda da saçları uzun idi. Düzdür biz harasa gedəndə ən az bir gün qabaqdan hazırlaşırıq. Çünki Alianın saçları həddindən artıq uzundur və baxım tələb edir".

2 kq ağırlığında və 90 sm uzunluğunda saçlara sahib "nağıl qəhrəmanı" Alia həyatından məmnun olduğunu deyib.


Baxış sayı: 4663 | Tarix: 19.03.2017
Bizi Telegramda izləyin: @repostaz