Zaqatala rayonunda itlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, baytar həkimin iştirakı ilə itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib. Hazırda faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Baxış sayı: 6829 | Tarix: 17.02.2023
Bizi Telegramda izləyin: @repostaz