Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.
 
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.
 
"Məlumat üçün bildiririk ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən məsələ araşdırılır və ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib" - məlumatda qeyd edilib.

Baxış sayı: 9527 | Tarix: 20.02.2023
Bizi Telegramda izləyin: @repostaz