Jurnalist Səbuhi Məmmədli xəstəxanadan evə buraxılıb.
	 
	Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alan jurnalist ötən gün xəstəxanadan çıxıb.
	 
	S. Məmmədli Lent.az-a açıqlamasında özünü yaxşı hiss etdiyini, tezliklə yaradıcılıqla məşğul olmaq arzusunda olduğunu dilə gətirib.
	 
	Qeyd edək ki, Lent.az-ın əməkdaşı olan Səbuhi Məmmədlinin səhhətində bir müddətdir, problemlər yaranıb.