Ermənistan Silahlı Qüvvələrinə məxsus 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər ordumuz tərəfindən nəzarətə götürülüb.
 
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov mətbuat üçün təşkil olunmuş brifinqdə deyib.
 
Anar Eyvazov qeyd edib ki, 7 nəqliyyat, 4 minataan, 1 tank və 2 piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib.

Baxış sayı: 3770 | Tarix: 20.09.2023
Bizi Telegramda izləyin: @repostaz