Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli partiya sıralarından xaric edilib. 
 
Bununla bağlı qərar HƏP İdarə Heyətinin 25 noyabr tarixili iclasında qəbul edilib. Z.Məmmədli partiya qərarını ictimaiyyətə videomüraciət vasitəsilə açıqlayıb 
 
Z.Məmmədli müraciətində HƏP üzv olarkən Əli İnsanovla necə anlaşdıqlarınn detallarını açıqlayıb.
 
Partiya üzvü olarkən üzləşdiyi haqsızlıqları qeyd edib və Əli İnsanovu anlaşmanı pozmaqda ittiham edib.
 
Siyasətçi bildirib ki, o, HƏP-ə üzvü olarkən Əli İnsanovla müəyyən məsələlər barədə razılığa gəlib. Tərəflər bütün siyasi qüvvələri bir araya gətirməyə qərar veriblər: “Məqsədimiz Heydər Əliyevin tərəfdarlarının resursları ilə Elçibəyin tərəfdarlarının resurslarını  birləşdirmək idi”. 
 
Z.Məmmədli Əli İnsanovun onunla kobud davrandığını bildirib. İddia edib ki, keçmiş nazir onun şəxsiyyətini alçatlmaq istəyib. Hətta bir dəfə onun təhdid edib, divara çırpacağı ilə hədələyib: 
 
“Mən belə şeylərə dözə bilməzdim. Ona görə də aramızda soyuqluq yarandı. Hətta bir dəfə idarə heyətinin iclasına da getmədim. Sonra isə səhhətimdə problem yarandı və işə çıxmadım. İştirak etmədiyim bir iclasda məni partiya sıralarından xaric etdilər. Bu, tamamilə qanunsuzdur. Onlar nizamnaməni ayaq altına atıblar”. 
 
Müraciətinin sonunda Z.Məmmədli Əli İnsanovun ünvanına ağır sözlər səsləndirib. O, keçmiş naziri kəsdikləri çörəyi tapdalamaqda ittiham edib:  “Lazım olsa, onlar adam da öldürə bilərlər”. 

Baxış sayı: 3675 | Tarix: 28.11.2023
Bizi Telegramda izləyin: @repostaz