Mütəxəssislər bu il təqdim olunacaq yeni "Apple" smartfonunun təxmini qiymətini hesablayıblar.
 
RePost.Az Lent.az-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, "iPhone 8" modeli 900 dollardan baha olmayacaq.
 
Analitiklər tərtibatçılardan əldə etdikləri bütün məlumatları nəzərdən keçiriblər. Hazırda məlum olan budur ki, ABŞ korporasiyası "Samsung" şirkətindən 70 milyon ədəd OLED-displey sifariş edib. Eləcə də "iPhone 8"də "Touch ID" sensorunun tətbiq olunacağı bəllidir.
 
Hesablama zamanı smartfonun 7-ci versiyasına olunan əlavələr də nəzərə alınıb. Bütün təhlillərdən sonra mütəxəssislər yeni smartfonun qiymətini orta hesabla 900 dollar həcmində qiymətləndiriblər. Onlar hesab edir ki, qiymət 1000 dollardan yuxarı olmamalıdır.
 
RePost.Az

Baxış sayı: 3238 | Tarix: 08.04.2017
Bizi Telegramda izləyin: @repostaz