Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
 
Komanda bu uğura Yunanıstanla oyunda müvəffəq olub.
 
Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda keçirilən oyunun əsas vaxtı 0:0 bitib.
 
Əlavə olunan vaxtda da qapılar toxunulmaz qalıb.
 
Qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.
 
Burda rəqibindən daha üstün (4:2) olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.
 
 

Baxış sayı: 10230 | Tarix: 27.03.2024
Bizi Telegramda izləyin: @repostaz