Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.
 
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Prezident Sadır Japarovu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

Baxış sayı: 3428 | Tarix: 25.04.2024
Bizi Telegramda izləyin: @repostaz