Yardımlı rayonunda qətl hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.
 
23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb. 
 
Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.
 
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. 
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

RePost.Az

Mənbə:Report

Baxış sayı: 2592 | Tarix: 14.04.2017
Bizi Telegramda izləyin: @repostaz