Ağcabədidə ailəli qadın özünü yandırıb.
 
RePost.az-ın APA-ya istinadən xəbərinə görə, 1963-cü il təvəllüdlü Alıyeva Tavat Alı qızı özünü yandıraraq intihar etməyə cəhd edib.
 
Yanğın xəsarəti alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan verilən məlumata görə, T. Alıyeva bədənin müxtəlif nahiyələrində II və III yanıq dərəcəsi ilə xəstəxanaya daxil olub. T.Alıyevanın ilkin tibbi yardım göstərildikdən sonra yaxınlarının istəyi ilə paytaxt xəstəxanalarından birinə aparılması üçün hazırlıq işləri aparılır.
 
RePost.az

Baxış sayı: 4169 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz