Banklararası ticarətdə dollar bahalaşmaqda davam edir. "Bloomberg” terminalında dollar ötən gün 1.7097 manata qədər yüksəlib. 
 
Bu isə ABŞ valyutasının Azərbaycan manatı qarşısında 1,92 % dəyər qazanması deməkdir. Bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.
 
Qeyd edək ki, bu son 24 gündə ən yüksək məzənnədir. Belə ki, aprel ayının 4-dən etibarən terminal üzərində dollar kəskin düşməyə başlamışdı.
 
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
 
RePost.Az
Mənbə:Fins.Az

Baxış sayı: 2839 | Tarix: 28.04.2017
Bizi Telegramda izləyin: @repostaz