Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovla bağlı qərar verilib.
	 
	Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının Vüqar Məmmədov barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.
	 
	Məhkəmə təqdimatı təmin edib. Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.