Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Baxış sayı: 388 | Tarix: 02.11.2025
Bizi Telegramda izləyin: @repostaz